McDonald's daha bir ölkəni tərk etməyə hazırlaşır

11:11 - 5.01.2023


5 yanvar, Fineko/abc.az. ABŞ-ın “McDonald's” şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, respublikada Amerika “fast food” restoranları şəbəkəsinin mümkün bağlanmasının əsas səbəblərindən biri ərzaq təchizatında yaranan fasilələrdir. “McDonald's” rəhbərliyi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qazaxıstanda 24 “McDonald's” restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyadan ət məhsulları almağı qadağan edib.

Agentliyin məlumatına görə, Qazaxıstan şirkəti tədarük zəncirini yenidən qura bilməyib. Çünki məhsulların Avropadan alınması və daha yüksək qiymətə çatdırılması Qazaxıstandakı restoranların zərərlə işləməsinə gətirib çıxaracaq.

 

Вся лента