“Samsung Electronics”in əməliyyat mənfəəti kəskin azalıb

12:29 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası 2022-ci ilin dördüncü rübündə əməliyyat mənfəətinin çiplərə və smartfonlara tələbatın az olması səbəbindən 2021-ci ilin eyni dövrü ilə müqayisədə 69% azaldığını bildirib.

ABC.AZ xəbər verir ki, müvafiq ilkin məlumat  şirkətin saytında dərc edilib.

Oktyabrdan dekabr ayına qədər olan dövrdə əməliyyat mənfəəti 4,3 trilyon von (3,4 milyard dollar) təşkil edib. Bir il əvvəl bu rəqəm 13,8 trilyon von (10,8 milyard dollar) idi.

Şirkət 2022-ci ilin üçüncü rübündə 10,8 trilyon von (8,5 milyard dollar) əməliyyat mənfəəti əldə etmişdi. Şirkətin əməliyyat mənfəəti 2014-cü ildən bəri ilk dəfə rüblük olaraq 5 trilyon vondan (3,9 milyard dollar) azdır. Bütün il üçün əməliyyat gəlirinin 16% azalaraq 43 trilyon von (33,8 milyard dollar) olacağı proqnozlaşdırılır.

 

Вся лента