Neft bahalaşır, Brent bir barelə $79,47 təşkil edir

09:30 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin nəticələrinə görə 8%-dən çox azaldıqdan sonra bazar ertəsi keçirilən ticarətidə yüksəlir.

London ICE Futures birjasında Brent markalı  neftin mart fyuçerslərinin dəyəri saat 09:25-də $0,90 (1,15%) artaraq bir barel üçün $79,47-a yüksəldi. 6 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart ayı üçün fyuçersləri $0,12  (0,15%), bir barel üçün $78,57-a qədər ucuzlaşdı.

Saat 09:25-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral ayı üçün neft fyuçerslərinin qiyməti $0,93 (1,26%) artaraq bir barel üçün $74,70-a yüksəldi. 6 yanvar ticarətinin nəticələrinə görə,  WTI neftinin fevral neft fyuçerslərinin dəyəri $0,10 (0,14%) artaraq bir barel üçün $73,77-a yüksəldi.

Ötən həftənin yekunlarına görə, Brent markalı neft 8,54%, WTI isə 8,09% ucuzlaşıb.

Вся лента