Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

15:10 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Bakı Fond Birjasında 01.01.2022-31.12.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,947,984,521 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 2% azalma müşahidə olunub.

ABC.AZ xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar üzrə ticarət həcmində 14%, korporativ qiymətli kağızlar 93%, korporativ qiymətli kağızlar üzrə: ilkin bazar 17%, təkrar bazar 405%, korporativ qiymətli kağızlar üzrə repo əməliyyatları üzrə isə 2694% artım müşahidə olunub.

Həmçinin, ötən ilə müqayisədə ümümi repo əməliyyatları üzrə 30% azalma qeydə alınıb. 2022-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,193,278,402 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 4% azalma müşahidə olunub.

2022-ci il ərzində Bakı Fond Birjasında ötən ilə nəzərən korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayı 36% artaraq 45 təşkil etmiş, kütləvi üsulla həyata keçirilmiş korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayında isə 47% artaraq 34 olub.

 

Вся лента