Rusiya nefti dünya qiymətlərinin yarısına satılır

10:16 - 10.01.2023


10 yanvar, Fineko/abc.az. Rusiya nefti dünya qiymətlərinin yarısına satılır və “G7” ölkələrinin tətbiq etdiyi limitdən xeyli ucuzdur.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 6-da Primorsk limanında “Urals” neftinin bir bareli 37,80 ABŞ dollarına, Şimal dənizində hasil olunan “Brent” nefti isə həmin gün 1 bareli 78,57 ABŞ dollarına satılıb.

Nəşr qeyd edib ki, Avropa İttifaqının embarqosu və Rusiya xammalına qoyulan məhdudiyyətlər rəsmi Moskvanı getdikcə Çin və Hindistandan asılı vəziyyətə salıb.

Вся лента