Bu ölkənin pulu rekord səviyyədə ucuzlaşıb

16:10 - 11.01.2023


11 yanvar, Fineko/abc.az. Misir funtunun ABŞ dolları qarşısında məzənnəsi 84%-dən çox azalaraq tarixi minimuma düşüb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, “Refinitiv”in məlumatları göstərir ki, yanvarın 11-də 1 dollar 30 Misir funtu dəyərində olub.

Misir Mərkəzi Bankı rəsmi məzənnəni 1 dollar üçün 27,59 funt, satış məzənnəsini isə 27,67 funt səviyyəsində müəyyən edib. Misirdə iki dövlət bankı – “National Bank of Egypt” və “Banque Misr” dolların alış məzənnəsini 29 funt civarında təyin edib.

Misir milli valyutasının dəyər itirməsi 2022-ci ilin martında Mərkəzi Bankın daha çevik valyuta rejiminə keçmək barədə qərarından sonra başlayıb.

 

Вся лента