Qeyri-ticari sektor üzrə iqtisadi aktivlik indeksində artım müşahidə edilib - Mərkəzi Bank

10:56 - 12.01.2023


12 yanvar, Fineko/abc.az. 2022-ci ildə ödəniş daxilolmalarında qeyri-ticari sektorun dominantlığı davam edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 20 faizini təşkil etməklə 5,3 milyard manat, qeyri-ticari sektorda isə 80 faiz təşkil etməklə 21 milyard manat olub.

Artım müşahidə olunan fəaliyyət sahələrinin ümumi qeyri-ticari sektor üzrə daxilolmalarda payı 56 faiz, azalma müşahidə olunan fəaliyyət sahələrinin payı isə 44 faiz təşkil edib.

Bütövlükdə, cari ilin üçüncü rübü ilə müqayisədə dördüncü rüb ərzində həm ticari həm də qeyri-ticari sektor üzrə iqtisadi aktivlik indeksində artım müşahidə edilib.

Вся лента