Tikinti sahəsində ödəniş daxilolmalarının məbləği artıb

11:13 - 12.01.2023


12 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bank 2022-ci ildə ödəniş daxilolmalarında qeyri-ticari sektorun dominantlığın davam etdiyi barədə hesabat tipli məlumat açıqlayıb.

ABC.AZ xəbər verir ki, tikinti sahəsində ödəniş daxilolmalarının məbləği ötən ilin müvafiq dövrünə nəzərən 61 faiz və ya 1,9 milyard manat artaraq 5,2 milyard manat olub.

Bu iqtisadi fəaliyyət sahəsində artıma töhfə verən əsas qruplar yollar və küçələrin salınması, dəmir yollarının tikintisi (1,2 milyard manat artım), yaşayış və qeyri-yaşayış binalarının tikintisi (490 milyon manat artım) və təcrübə-tikinti işləri (313 milyon manat artım) olub.

Bu sahədə azalma isə ixtisaslaşdırılmış tikinti işləri (-19 faiz) və bəzək və tamamlayıcı işlər (-9 faiz) qruplarında qeydə alınıb.

Вся лента