Bu sahədə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nisbətdə 52 faiz çoxalıb

11:27 - 12.01.2023


12 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın hesabatına əsasən, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 52 faiz və ya 1,4 milyard manat artaraq 4,2 milyard manat təşkil edib.

ABC.AZ xəbər verir ki, ən çox artım əsasən informasiya və telekommunikasiya avadanlıqlarının satışı (3,3 dəfə), ərzaq mallarının topdan satışı (2,2 dəfə) və avtomobillər üçün hissələrin satışı (86 faiz) qruplarında müşahidə olunub, artıma töhfə isə ixtisaslaşdırılmış və ixtisaslaşdırılmamış topdan satış (849 milyon manat artım) və kompüter və telekommunikasiya avadanlıqlarının topdan satışı (101 milyon manat artım) qruplarından irəli gəlib. Azalma isə istirahət və əyləncə məhsullarının satışı (-19 faiz), ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satış (12 faiz) və mühərrik yanacağının pərakəndə satışı (-8 faiz) qruplarında qeydə alınıb.

2022-ci ilin dördüncü rübündə daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 237,7 milyon manat təşkil edib. Artıma töhfə əsasən şəxsi daşınmaz əmlakın istismara və kirayə verilməsi qrupundan irəli gəlib. Bu qrupda 4,7 dəfə və ya 158,5 milyon manat artım baş verib. Müqavilə əsasında daşınmaz əmlakla aparılan əməliyyatlar (-49 faiz) və şəxsi daşınmaz əmlakın alınması və satılması (-6 faiz) qruplarında isə azalma qeydə alınıb.

 

Вся лента