"Apple"ın baş direktorunun maaşı 49 milyard dollara endirildi

12:33 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. Apple şirkətinin baş direktoru Tim Kuk 2023-cü ildə maaşının 40 faizdən çox azaldılaraq 49 milyon dollar müəyyən edilməsini tələb edib.

ABC.AZ  xəbər verir ki, 2022-ci il üzrə Kukun maaş 99,4 milyon dollar təşkil edib, o cümlədən bu maaşın 3 milyon dollarlıq hissəsi baza maaşından, təxminən 83 milyon dollarlıq hissəsi səhmlərdən və bonusdan ibarət olub.

iPhone istehsalçısı bildirib ki, Kukun son maaşı “səhmdarların rəyinə, Apple-ın performansına və cənab Kukun məsləhətinə” əsaslanır.

Вся лента