Neft ucuzlaşır, Brent bir barelə $84,65 təşkil edir

09:20 - 16.01.2023


16 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin nəticələrinə görə 8% - dən çox artdıqdan sonra bazar ertəsi ticarətində azalır.

London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09:10-da $0,63 (0,74%) azalaraq bir barelə $84,65-a düşüb. Yanvarın 13-də Brent markalı neftin mart fyuçersləri $1,25 (1,49%) artaraq bir barelə $85,28-a çatıb.

Saat 09:10-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,52 (0,65%), bir barelə $79,34-a düşdü. Yanvarın 13-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $1,47 (1,88%) artaraq bir barelə $79,86-a çatıb.

Ötən həftə Brent markalı neft 8,54%, WTI isə 8,26% bahalaşıb.

Вся лента