SOCAR ilə “Masdar” şirkəti yeni saziş imzaladı

09:56 - 16.01.2023


16 yanvar, Fineko/abc.az. SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişləri imzalanıb.

ABC.AZ xəbər verir yanvarın 15-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənir.

"Sözügədən Sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək",- məlumatda deyilir.

 

Вся лента