Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını - 11% AZALDIB

16:08 - 16.01.2023


16 yanvar, Fineko/abc.az. Britaniyanın “Anglo Asian Mining” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2021-ci illə müqayisədə 2022-ci ildə qiymətli metal hasilatını 10,8% - 57,618 min unsiya qızıl ekvivalentinə qədər azaldıb.

ABC.AZ xəbər verir ki, 2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (azalma 11,4%), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. Hesabat dövründə “Gədəbəy” yatağından 40,01 min unsiya qızıl (azalma 13,4%) və 26,963 min unsiya gümüş (artım 24%) hasil edilib. “2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb. 2021-ci ildə isə hər unsiya üçün orta satış qiyməti $1,799 min təşkil edib”, - deyə məlumatda bildirilir.

2022-ci ildə şirkət 13,301 min ton mis konsentratı (artım 2%) istehsal edib. Bu həcmin $22,24 milyon məbləğində (azalma 6,2%) 12,443 min tonu (artım 11,6%) dünya bazarlarında satılıb.

Вся лента