Neft qiymətləri fərqli istiqamətdə dəyişir, Brent bir barelə $84,68 təşkil edir

09:35 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. Çərşənbə axşamı ticarət zamanı neftin etalon markalarının qiymətləri fərqli istiqamətdə dəyişir.

Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09:30-da $0,22 (0,26%) artaraq bir barelə $84,68-a yüksəldi. Yanvarın 16-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin mart ayı üçün fyuçersləri $0,82 (0,96%) ucuzlaşaraq bir barelə $84,46-a çatıb.

Saat 09:30-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti $0,52 (0,65%) azalaraq bir barelə $79,59-a düşüb. ABŞ-da 16 yanvarda Martin Lüter Kinq Gününün qeyd olunması ilə əlaqədar ticarət keçirilmədi.

Вся лента