Dünyanın ən bahalı brendi o şirkət oldu

11:53 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. “Amazon” şirkəti “Apple” korporasiyasını qabaqlayaraq, dünyanın ən bahalı brendi olub.

ABC.AZ bu barədə “Brand Finance Global 500” reytinqində deyilir.

Buna baxmayaraq, il ərzində şirkət 51 milyard dollar dəyər itirib – kapitallaşması 350.3 milyard dollardan 299.3 milyard dollara düşüb.

“Apple”ın brend dəyəri 16% azalaraq 297.5 milyard dollar səviyyəsində qərarlaşıb. Üçüncü yeri “Google” (281.4 milyard dollar), dördüncü yeri “Microsoft” (191.6 milyard dollar), beşinci yeri isə “Walmart” (113.8 milyard dollar) tutub.

Вся лента