İl başlar-başlamaz 3 milyon manatlıq tender udan şirkət - Detallar

15:42 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. “SM Construction” 2023-cü il başlayandan ilk 15 gün ərzində iki tender üzrə 3 milyon manatlıq tenderlərin qalibi olub.

ABC.AZ xəbər verir ki, ilk qalib kimi Bakı Baş Səhiyyə Mərkəzinin  “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin binalarına və isitmə sistemlərinin cari təmir xidmətinin satın alınması” tenderi üzrə seçilib. Həmin tenderin məbləği 2 067 018 manatdır.

Növbəti sifarişi  isə Xaçmaz Rayon Mərkəzinin 990 040 manat dəyərindəki “Qeyri-yaşayış binalarının əsaslı təmiri” tenderi üzrə alıb.

İki tenderin ümumi məbləği 3 057 058 manatdır.

Qeyd edək ki, şirkət keçirilmiş müsabiqələr üzrə ümumilikdə 10 tenderin qalibi seçilib, 12 tender üzrə isə satınalma müqaviləsi bağlayıb.

Вся лента