Bakıda bulvar salınır – Abadalıq işlərinə başlanılır

12:02 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. Bakıda Qanlıgöl gölünün ətrafında bulvar salınması üçün abadlıq işləri aparılır.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Bülbülə gölünün ardınca, Qanlıgölün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub.

Hazırda ərazidə torpaq işləri görülür. Burada geniş və yaşıllıqlarla əhatəli park, həmçinin gölün sahili boyunca bulvarın salınması nəzərdə tutulub.

Qeyd edək ki, Qanlıgölün yaxınlığında Yasamal Yaşayış Kompleksi yerləşir. Kompleksin sakinləri “Zefir Mall” ticarət mərkəzinin arxasındakı meşəlik ərazinin də parka çevrilməsi üçün çalışırlar.

Вся лента