Ərəbistan “Formula1”i 20 milyard dollara almaq istəyib

15:59 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanı “Formula1”i 20 milyard dollara almağa çalışıb.

ABC.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanının Suveren Fondu “Formula 1” üzrə dünya çempionatını əldə etməyi düşünüb.

Amma bununla bağlı razılaşmaya 2022-ci ildə danışıqların elə ilkin ilkin mərhələsində başa çatıb. Çünki “Formula 1”in sahibi olane “Liberty Media Corp” şirkəti  qurumu satmaq niyyətində deyil.

Agentlik qeyd edib ki, imtinaya baxmayaraq Səudiyyə fondu «Formula-1»i almaq planlarından əl çəkməyib və “Liberty Media” qərarını dəyişərsə və onu satmaq qərarına gələrsə, hərracda iştirak edəcək.

Amerikalı sahibkar Con Maloneyə məxsus olan “Liberty Media” 2017-ci ildə “Formula 1”i 4,4 milyard dollara alıb. Hazırda aktivin bazar dəyəri 15,2 milyard dollardır.

Вся лента