Yumurta kəskin bahalaşdı

10:17 - 24.01.2023


24 yanvar, Fineko/abc.az. Dünyada yaranan kəskin yumurta qıtlığı nəticəsində bəzi ölkələrdə bu ərzaq məhsulunun qiymətində ciddi artım baş verib.

ABC.AZ xəbər verir ki, qıtlığın səbəbi toyuq qripinin qarşısını almaq üçün böyük sayda toyuqların məhv edilməsi və Rusiya-Ukrayna müharibəsi nəticəsində toyuq yeminin təldarükündə yaranan qıtlıq və qiymətlərin artımı olub.

Nəticədə yumurta tədarükü də kəskin azalıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin ərzaq qiymətləri ilə bağlı hesabatına görə, keçən ilin fevral ayında başlayan quş qripi epidemiyası zamanı milyonlarla toyuq yoluxub. Nəticədə 47 ştatda 60 milyona yaxın quş məhv edilib. Bunlardan 43 milyonu yumurta verən toyuqlar olub. 

 

Вся лента