Neft bahalaşır, Brent bir barelə $86,39 təşkil edir

09:30 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünən düşdükdən sonra çərşənbə günü hərracda yüksəlir.

London İCE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09: 25-də $0,26 (0,30%) artaraq bir barelə $86,39-a yüksəldi. Yanvarın 24-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin mart ayı üçün fyuçersləri $2,06 (2,34%) azalaraq bir barel üçün $86,13-a enib.

Saat 09:25-də qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart ayı üçün fyuçerslərinin dəyəri $0,14  (0,17%) artaraq bir barel üçün $80,27-a çatdı. 24 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart ayında neft fyuçerslərinin qiyməti $1,49 (1,83%), bir barel üçün $80,13-a düşdü.

Вся лента