Vergi Xidməti Aparatına ən çox şikayət hardan daxil olub?

11:43 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş faktiki şikayətlərin sayı 2021-ci illə müqayisədə 9 % az olub.

ABC.AZ Xidmətə istinadən xəbər verir ki, həll edilmiş faktiki şikayətlərin 91 %-i kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyəti, təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri və s. məsələlər ilə bağlı olub.

Ümumilikdə ötən il vergi orqanlarına 284 494 müraciət daxil olub ki, bunun da 91,3 %-i ərizə, 8,6 %-i şikayət, 0,1 %-i təklif olub. Daxil olmuş müraciətlərdən 98,4 %-nin baxılması 2022-ci ildə başa çatdırılıb, 1,6 %-i icradadır. Baxılmış müraciətlərdən 66,4 %-i həll olunub, 29,4 %-i barədə müvafiq izahat verilib, qalanları haqqında qanunvericiliyə uyğun qərarlar qəbul olunub.

Вся лента