Azərbaycanda dollara tələb azalmaqdadır - İqtisadçı

12:17 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. “Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub”.
ABC.AZ  xəbər verir ki, bu hərracla bağlı fikir bildirən iqtisadçı Samir Əliyev bunun ilk belə hal olduğunu bildirib.
İqtisadçı deyib ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası müşahidə edilir:
“Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda, növbəti hərraclarda uyğun olaraq 51.2 milyon dollar, 35 milyon dollar, 18.7 milyon dollar, 1.5 milyon dollar olub və nəhayət sonuncu hərracda tələbat olmayıb.
Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642.7 milyon dollar olub”.

Вся лента