Azərbaycanın nar ixracı artıb

17:09 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. Azərbaycandan xaricə nar ixracı artıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycan xaricə 23 min 335.01 ton nar satıb. Bu satışdan ölkənin gəliri 31 milyon 564.43 min ABŞ dolları olub.

2021-ci ilə nisbətən nar ixracı miqdar ifadəsində 1 616.07 ton və ya 7.5% artıb.

İxrac gəlirləri isə illik müqayisədə 2 milyon 310.76 min ABŞ dolları və ya 7.9% çox olub.

Вся лента