Neft fərqli istiqamətdə dəyişir, Brent bir barelə $86,04 təşkil edir

09:20 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində fərqli olaraq dəyişir.

London İCE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09:15-də  $0,08 (0,09%) azalaraq bir barelə $86,04-a düşüb. 25 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart fyuçersləri $0,01 (0,01%), bir barelə $86,12-a qədər ucuzlaşdı.

Saat 09:15-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart ayı üçün fyuçerslərinin dəyəri $0,12 (0,15%) artaraq bir barelə $80,27-a çatdı. 25 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,02 (0,03%) artaraq bir barelə $80,15-a yüksəldi.

Вся лента