Dövlət hesabına təhsil veriləcək xarici universitetlərin siyahısı - TƏSDİQLƏNİB

15:06 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Elm və Təhsil Nazirliyi "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısını müəyyən edib.

ABC.AZ xəbər verir ki, siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq razılaşdırılıb.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizinin ali təhsilin magistratura səviyyəsini əhatə edəcəyi də nəzərə alınaraq, müvafiq siyahı 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 575 bakalavriat və 3 551 magistratura olmaqla, ümumilikdə 4 126 təhsil proqramını əhatə edir.

Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür.

Вся лента