Müharibə Ukrayna iqtisadiyyatına böyük zərbı vurub

10:18 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. BMT bəyan edib ki, Rusiyanın Ukraynaya hucumu və başlayan müharibə nəticəsində 2022-ci ildə Ukrayna iqtisadiyyatının 30%-i itirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatı və perspektivlər” adlanan hesabatında bildirilir. Hesabata görə, 2022-ci ildə Ukrayna iqtisadiyyatı 30% geriləyib. Buna səbəb ölkədə fiziki infrastrukturun dağılması, istehsalat və ticarət fəaliyyətindəki problemlər, işçi qüvvəsinin kəskin azalması və əhalinin miqrasiyasıdır.

Hesabatda deyilir ki, müharibədən sonra ölkənin bərpa olunmasına nəhəng məbləğlərdə vəsaitlər tələb olunacaq.

Ümumiyyətlə isə hesabat müəlliflərini fikrincə, müharibə nəticəsində dünya iqtisdiyyatı 1,9% azalıb.

 

Вся лента