“Mastercard” Rusiyadan çəkildiyi üçün 30 milyon dollar itirdi

11:07 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. “Mastercard” beynəlxalq ödəniş sistemi 2022-ci ildə Rusiyadan pulun çıxarılması ilə bağlı itkiləri 30 milyon dollar qiymətləndirib.

ABC.AZ xəbər verirki, bu rəqəm şirkətin maliyyə hesabatlarında göstərilir.

“İtki bilavasitə tətbiq edilən sanksiyalar və bizim Rusiyadakı fəaliyyətimizi dayandırmaqla bağlı olub”.

Eyni zamanda, Mastercard Rusiyada fəaliyyətdən imtinaya görə itkilərin ümumi məbləğini 67 milyon dollar qiymətləndirib. Əsas həcm əlavə işçi xərclərinə düşüb. Eyni zamanda, şirkət Rusiya müştərilərinə ödənişlərin azaldılmasından 37 milyon dollarlıq mənfəəti nəzərə alıb. Beləliklə, Mastercard-ın Rusiyanı tərk etməsi ilə bağlı vergidən əvvəl zərəri 30 milyon dollar təşkil edib.

Вся лента