Əsas kapitala yönəldilmiş vəsaitlər 18 milyard manatı keçib

14:56 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Ötən il əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilə nisbətən 5,5 faiz artaraq 18 milyard 272,3 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitlər isə əvvəlki illə müqayisədə 13,6 faiz artıb və 12 milyard 871,9 milyon manata çatıb.

Вся лента