Rusiyada zeytun yağı qıtlığı üçün Azərbaycandan məhsul idxal edəcək

16:18 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Rusiyada zeytun yağına yaranan qıtlığa görə Azərbaycandan bu məhsulun idxalı artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın "Henry MR." MMC-nin direktoru Tatyana Tkaçenko Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda deyib.

Onun sözlərinə görə, ötən ilin 24 fevral (Rusiya-Ukrayna müharibəsinin başlanması ilə) tarixindən sonra ölkəyə bir çox sahələrin məhsullarında idxal problemləri yaşanıb: "Onlardan biri də zeytun yağı olub".

T.Tkaçenko vurğulayıb ki, Azərbaycandan zeytun yağının idxalında problem yoxdur: "Amma Qazaxıstandan və hətta Belarusdan belə hərdən çətinlik yaranır".

Вся лента