Vergi Məcəlləsində daha bir yenilik - Detallar

12:08 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də icarəyə götürülmüş əsas vəsaitlər üzrə çəkilmiş təmir xərclərinin ilin sonuna kapitallaşdırılmış məbləği 500 manatdan az olduğu təqdirdə, həmin məbləğlərin birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid edilməsi ilə bağlıdır.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur.

Вся лента