Bakıdakı “ASAN xidmət”də təmizlik işlərinə 201 min manatdan çox pul xərclənir

12:31 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi "5 saylı Bakı “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderinə yekun vurub.

ABC.AZ xəbər verir ki. tenderin qalibi "Super Servis" MMC seçilib.

Tender müqaviləsinin dəyəri 201 600 manatdır.

Qeyd edək ki, şirkət həmçinin agentliyin  211 200 manat dəyərindəki “4 saylı Bakı “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderinin qalibi seçilib.  

Вся лента