Neft ucuzlaşmaqda davam edir, Brent bir barelə $84,16 təşkil edir

09:06 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə 2%-dən çox azaldıqdan sonra çərşənbə axşamı ticarətində düşməyə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı aprel neft fyuçerslərinin dəyəri saat 09:05-də $0,34 (0,40%) azalaraq bir barelə $84,16-a düşüb. 30 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,90 (2,20%), bir barelə $84,50-a qədər ucuzlaşdı.

Saat 09:05-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin dəyəri $0,34 (0,44%) azalaraq bir barelə $77,56-a düşüb. 30 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,78 (2,23%), bir barelə $77,90-a düşdü.

 

Вся лента