AZAL Barselonaya uçuşları bərpa edir

10:31 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC – AZAL Avropanın məşhur istiqamətinə - Barselonaya reysləri bərpa edir.

ABC.AZ xəbər verir ki, bu barədə QSC-nin fesybukdakı rəsmi hesabında məlumat verilir.

“Ən böyük turizm şəhərlərindən birinə ilk uçuşumuz mayın 2-nə planlaşdırılıb. Barselonaya uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Biletlər artıq www.azal.az  saytında və mobil tətbiqində mövcuddur”, - deyə paylaşımda bildirilir.

Вся лента