DİN-in bu idarəsi 520 073 manatlıq təsərrüfat malları alır

15:45 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. DİN Daxili Qoşunlar Baş İdarəsi "2023-cü il üçün təsərrüfat mallarının satın alınması" tenderinə yekun vurub.

ABC.AZ xəbər verir ki, tenderin qalibi "Araz L" (VÖEN: 2903331681) olub.

Qalib şirkətə 520 073 manat ödəniləcək.

Qeyd edək ki, "Araz L" şirkəti bundan əvvəl də 2022-ci ildə 65 065 manat dəyərində (22.10.2022) və 486 622 manat dəyərində (11.02.2022), 2021-ci ildə isə 304 830 manat dəyərində (13.03.2021) təsərrüfat malları üzrə sifarişlər alıb.

Вся лента