Abramoviç "Çelsi"nin satışından Ukraynaya 2,3 milyard funt-sterlinq verəcək

11:02 - 1.02.2023


1 fevral, Fineko/abc.az. Yaxın vaxtlarda Roman Abramoviç "Çelsi" futbol klubunun satışından əldə edilən 2,3 milyard funt-sterlinq dəyərində tarixi məbləği Ukraynaya köçürəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph qəzeti yazır.

Qeyd edək ki, klubun satışını həyata keçirmək üçün Abramoviç Britaniya hökumətindən icazə almalı olub. Rəsmilər sövdələşməyə nəzarət edirdilər ki, bir funt-sterlinq də rusiyalı iş adamına getməsin, baxmayaraq ki, Abramoviç əvvəlcə satışdan əldə edilən pulun “Ukraynadakı zərərçəkənlərə kömək üçün” ayrılacağını bəyan edib. Britaniya hökuməti Abramoviçlə müqavilə bağlayır və ona əsasən Ukraynaya yardım fondu yaradılaraq 2,3 milyard funt sterlinq köçürüləcək.

Fonda BMT-nin Uşaq Fondunun UNICEF-in Britaniya ofisinin keçmiş rəhbəri Mayk Penrouz rəhbərlik edəcək. Yaxın bir neçə həftə ərzində fondun necə idarə olunacağı və hansı layihələrin həyata keçiriləcəyi barədə daha ətraflı məlumat veriləcək.

Вся лента