Kredit faizləri artırılacaq?

11:48 - 1.02.2023


1 fevral, Fineko/abc.az. "Biz gözləyirik ki, banklar vergi xərclərini  depozit faizlərində əks etdirəcəklər".

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov  fevralın 1-dən əmanətlər üzrə faiz gəlirlərinin vergiyə cəlb edilnəsindən sonra bunun maliyyə bazarlarına təsiri ilə bağlı suala cavab verərkən bildirib.

O qeyd edib ki, biz gözləyirik ki, depozitlərin banklardan çıxmaması üçün faizlər vergi faizi nisbətində artırılacaq.

Mərkəzi Bankın sədri əlavə edib ki, ola bilsin ki, bu məsələ kredit faizlərinin artmasına təsir göstərəcək: "Aman vaxt keçməlidir ki, biz bunu qiymətləndirək".

Müəllif: Elmir Murad

Вся лента