Əmanət faizlərinin vergiyə cəlb edilməsinin maliyyə bazarlarına ciddi təsiri olmayacaq

11:55 - 1.02.2023


1 fevral, Fineko/abc.az. Mərkəzi Bank əmanət faizlərinin vergiyə cəlb edilməsinin maliyyə sabitliyinə və əmanətlərin həcminə ciddi təsir göstərməyəcəyi qənaətindədir.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev bildirib.

O qeyd edib ki, əmanət faizlərinin vergiyə cəlb edilməsi Vergi məcəlləsində nəzərdə tutulub.

"Bu qanunvericiliyin tələbidir. Hazır ki, dönəmdə əmanət gəlirlərinin vergiyə cəlb edilməsinin maliyyə bazarlarına ciddi bir təsiri olmayacaq", - deyə T.Əliyev bildirib.

Müəllif: Elmir Murad

Вся лента