Mərkəzi Bankın yeni inzibati binasının tikintisi heç vaxt dayanmayıb - Taleh Kazımov

12:28 - 1 Февраль 2023


1 fevral, Fineko/abc.az. Mərkəzi Bankın yeni inzibati binasının tikintisi heç vaxt dayanmayıb, layihə üzrə inşaat işləri davam etməkdədir.

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov sualları cavablandırarkən bildirib.

Baş Bankir qeyd edib ki, layihə üzrə optimallaşdırma aparılıb. Amma bu layihə üzrə inşaat işlərinə təsir etməyib. Hətta layihə üzrə işlər nəzərdə tutulandan daha irəlidədir" deyə T.Kazımov bildirib

Qeyd edək ki, Mərkəzi Bankın yeni inzibati binası Bakıda Heydər Əliyev prospektində tikilir.

Müəllif: Elmir Murad