Neft düşdükdən sonra bahalaşır, Bren bir bareə $83,61 təşkil edir

09:00 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə, neftin etalon markalarını qiyməti cümə axşamı hərracda 3%-dən çox artıb.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçersləri saat 08:55-də $0,77 (0,93%) artaraq bir barelə $83,61-a çatıb. 1 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $2,62 (3,07%), bir barel üçün $82,84-a qədər ucuzlaşdı.

Saat 08:55-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart üçün fyuçerslərinin dəyəri $0,84 (1,10%) artaraq bir barel üçün '$79,20-a yüksəldi. Fevralın 1-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti bir barel üçün $2,46 (3,12%) azalaraq $76,41-a düşüb.

Вся лента