Bakıdan Vyanaya yeni aviareys açılır – Bilet 738 manatdır

10:50 - 2.02.2023


2 fevral, Fineko/abc.az. AZAL Avropada daha bir şəhərə uçuşlara başlayır.

Şirkətdən ABC.AZ-a daxil olan məlumata görə, mayın 2-dən etibarən şirkətin Bakı-Vyana-Bakı marşrutu fəaliyyətə başlayacaq.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək. AZAL-la Vyanaya uçuş qiyməti bir tərəfə 363 manatdan başlayır. Belə ki, AZAL-ın ən ucuz “Economy Lite” sinfi ilə uçuşda Bakıdan Vyanaya uçuş qiyməti 363 manat, geri qayıtma qiyməti 375 manat – yəni gediş-gəliş 738 manat nəzərdə tutulub.

“Economy Classic” tarifi ilə uçuşda isə gediş 418 manat, gəliş 431 manat nəzərdə tutulur.

“Economy Safe” sinfində gediş-dönüş qiymətləri 446-458 manat olacaq.

Вся лента