“Mitsubishi Motor”un xalis mənfətti 3 dəfə artıb

17:09 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi Motor”un 31 dekabrda başa çatan 2022-2023 maliyyə ilinin doqquz ayında xalis mənfəəti əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə artaraq 130,754 milyard yen (1 milyard dollar) təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında bildirilir.

Bir səhm üzrə xalis mənfəət bir il əvvəlki 30,06 yen (0,26 dollar) ilə müqayisədə 87,85 yen (0,68 dollar) təşkil edib.

Şirkətin gəlirləri 27,5% artaraq 1,805 trilyon yenə (13,9 milyard dollar) çatıb.

Вся лента