Satmaq öhdəliyi ilə kirayə mənzillər satışa çıxarıldı

17:14 - 3.02.2023


3 fevral, Fineko/abc.az. Satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Xırdalan şəhərində yeni mənzillər əlavə edilib.

ABC.AZ xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına Xırdalan şəhərində daha 50 mənzil əlavə edilib.

Şəhərin Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşların seçiminə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər təklif edilir.

Вся лента