17:46 - 13.07.2018
13 iyul, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasi (AZTA) və Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu Əməkdaşlıq haqqında Memorandum imzaladılar.
AZTA-nin məlumatında deyilir ki, Memorandumu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və Çin tərəfindən institutun direktoru Li Tszixua imzalayıb.
“Memorandumun məqsədi turizm sektorunda kadr potensialının inkişafına yardım etmək, xüsusilə, universitetin mütəxəssisləri assosiasiyanın təşkil etdiyi bələdçı kurslarının Çin dilində keçirilməsinə yardım edəcəklər”, - məlumatda belə deyilir.
İmzalanma mərasımındə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov və Çinin Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi da iştirak edib. Görüşdə Çin və Azərbaycan bazarlarında turizm məhsullarının təşviqi, turizm-rekreasiya komplekslərinin inkişafı və turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr aparıblar.
“Turizm Assosiasiyası AZTA-nın üzv şirkətləri üçün viza prosesini asanlaşdırmaq üçün təşəbbüslə çıxış etdi. Səfirliyin nümayəndəsi bu məsələni Çin tərəfi ilə müzakirə etməyə söz verdi”, - məlumatda belə deyilir.
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024