Z.Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq

16:05 - 17.07.2018


17 iyul, Fineko/abc.az. İyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq. Bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Вся лента