Azərbaycan Turizm Assosiasiyası “Buta Airways”in çarter uçuşlarının doldurulması məsələsini aydınlaşdırdı

13:00 - 19.07.2018


19 iyul, Fineko/abc.az. Son vaxtlar aşağıbüdcəli “Buta Airways” aviaşirkətinin təyyarələri ilə Türkiyə kurortlarına sərnişin daşımaları ilə bağlı turizm şirkətlərinə suallar daxil olur.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) məlumatında deyilir ki, həmin təyyarələr “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin çarter proqramı çərçivəsində istismar oluna bilər.

“Hazırda AZAL tərəfindən Boeing 787 Dreamliner, Boeing 767, Boeing 757, Airbus A340, Airbus A320, Airbus A319, Embraer 190 və Embraer 170 tipli müasir hava gəmiləri istismar olunur. Aviaşirkət bütün istiqamətlərdə təyyarə tipini sərnişinlərin sayından asılı olaraq sərbəst formada seçə bilər”, - deyə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, çarter proqramları çərçivəsində istifadə olunan “Buta Airways” aviaşirkətinin yeni Embraer 190 və Embraer 170 təyyarələrində ödənişsiz baqaj, əl yükü, isti yemək və s. daxil olmaqla, “Azərbaycan Hava Yolları”nın standartlarına uyğun tam xidmət təqdim edilir.

 

Вся лента