Genuyada avtomobil körpüsünün dağılması nəticəsində ən azı 35 nəfər həlak olub

15:40 - 15.08.2018


15 avqust, Fineko/abc.az. Ən azı 35 nəfər Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində həlak olub.

“Euronews” xəbər verir ki, bu məlumatı İtaliyanın DİN-i açıqlayıb.

“Yüz metr hündürlükdən dəmir yoluna, evlərin üstünə və çaya beton parçaları ilə birlikdə  onlarla maşın düşdü. Faciənin baş verdiyi yerə yaxın yerləşən binalardan 400 nəfər təxliyyə olunub”, - məlumatda belə deyilir. 

Axtarış və xilasetmə əməliyyatı davam etdirilir. Dağıntıların araşdırılmasında 200-dən çox mütəxəssis iştirak edir.

Baş nazir Cuzeppe Konto faciə yerinə gəlib. O, Genuyada həlak olanların və yaralananların  ailələri  ilə görüşəcək.

“Hüquq-mühafizə orqanları və Nəqliyyat Nazirliyi  hazırda dağılmanın səbəblərini araşdırırlar. Təxminlərdən biri, ildırım vurması, digəri isə, qurğunun kifayət qədər möhkəm olmamasıdır.

Nəqliyyat Nazirliyi köprünün dağılmasına görə  məsuliyyəti  marşrutun xidməti ilə məşğul olan şirkətin üzərinə qoyur”, - məlumatda belə deyilir.

Şəhərin sakinləri isə, daimi təmir olunduğu  üçün, bu körpünü “xəstə” körpü adlandırırdılar. Sosial şəbəkələrin istifadəçiləri, körpünün  il yarım əvvəl edilmiş fotoşəkillərini müzakirə edirlər. Həmin şəkillərdən görünür ki, körpü artıq o vaxtlar qəza vəziyyətində olub.

“Körpü 50 il əvvəl tikilib. O vaxtdan etibarən dəfələrlə təmir olunub. Sonuncu dəfə isə 2016-cı ildə təmir olunub. Bu yaxınlarda isə konstruksiyanın təməlinin möhkəmləndiirlməsi üzrə işlər aparılmışdır. Ölkənin yol infrastrukturunun xidməti ilə məşğul olan təşkilatdan bildirirlər ki, bu konstruksiyanı təhlükəli hesab etmək üçün heç bir əsas olmayıb və körpünün dağılmasını öncədən bilmək mümkün deyildi”, - məlumatda belə deyilir.

“Çiçək yolu” adlanan avtomobil yolu, Liquriya sahil boyunca uzanır və İtaliya Rivyerasını və Mavi Sahili birləşdirir. Son həftələrdə, tətil dövründə konstruksiyanın üzərinə düşən yük əhəmiyyətli dərəcədə artmışdır. Faciə günü körpünün üstündə olduqca çox avtomobil olub: yerli sakinlər Ferraqosto milli bayramı ərəfəsində şəhərdən çıxırdılar.

 


Вся лента