Azərbaycanın sığorta bazarı 9% kiçilib, ya böyüyüb?

14:34 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 112 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 622 milyon 301 min manat olub ki, bu da 37% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 20 milyon manat, sığorta ödənişlərinin həcmi isə 455 milyon 12 min manat olub.