Azərbaycanda “Euronews”in Azərbaycan dilində yayımlanmasını tələb edirlər

18:10 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. Azərbaycanda Avropanın  “Euronews” xəbər kanalının Azərbaycan dilində yayımlanmasını təklif edirlər.

Bu bəyanatla plenar iclasda deputat Zahid Oruc çıxış edib və müəyyən  qrupların sosial şəbəkələr, həmçinin “Youtube” kanalı vasitəsilə Azərbaycanı təhqir etdiyini vurğulayıb.

“Buna görə biz, “Euronews” kanalı ilə danışmalı və onun Azərbaycan versiyasını yaratmalıyıq. Bu, iftiralarla mübarizədə böyük töhfə verə bilər”, - deyə deputat fikrini bildirib.

 

Вся лента