Noyabrda Tbilisidə Caspian Energy Forum Kvemo Kartli keçiriləcək

11:47 - 8.10.2018


8 oktyabr, Fineko/abc.az. Kvemo Kartli regionunun Qubernatoru Şota Rexviaşvilinin Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əiyev ilə görüşünün əsas mövzusu Tbilisidə Caspian Energy Forum Kvemo Kartli-nin təşkili olub.

“Biz Caspian European Club-un üzv şirkətləri ilə Kvemo Kartli regionu arasında sıx əlaqələrin qurulması ideyasını dəstəkləyir və bu məsələdə hərtərəfli kömək göstərməyə hazırıq”, - deyə Şota Rexviaşvili söyləyib. Qubernatorun sözlərinə görə, Caspian Energy Forum Kvemo Kartli sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkəti birləşdirən Caspian European Club ilə Kvemo Kartli regionu arasında uzunmüddətli, ikitərəfli, qarşılıqlı səmərəli və məhsuldar əməkdaşlığın əsasını qoyacaq.

İkigünlük Caspian Energy Forum Kvemo Kartlinin aparıcı mövzularından biri bu regionda kənd təsərrüfatı və turizmin fəal inkişafı olacaq. Birinci gün Gürcüstan Hökumətinin üzvlərinin və biznesmenlərinin iştirakı ilə plenar sessiyalar keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və fəaliyyətdə olan müəssisələrlə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq.

Foruma hazırlıq çərçivəsində həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çokovadze, eləcə də Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin iki müavini – Georgi Xanişvili və Nino Tandilaşvili ilə konsultasiya təşkil olunmuşdur.

Telman Əliyevin sözlərinə görə, Caspian European Club-un üzv şirkətləri Gürcüstana, xüsusilə də Kvemo-Kartli regionuna böyük maraq göstərirlər. Biz özəl investorları Kvemo-Kartli regionunun kənd təsərrüfatı və turizm sektoruna cəlb etmək üçün səylərimizi əsirgəməməyə çalışırıq.

Görüş çərçivəsində Caspian European Club, Caspian American Club, Caspian Asian Club və Caspian Energy İnternational Media Group-un maraqlarını təmsil edən Caspian Ernergy Georgia LLC şirkətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Telman Əliyev fəal iştiraka və baş tutmuş birgə foruma göstərilən dəstəyə görə Kvemo Kartli regionunun Qubernatoru Kartli Şota Rexviaşvili, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənova minnətdarlığını bildirib.

Sıralarında dünyanın 70 ölkəsindən olan  5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

 

 


Вся лента