Azərbaycan İpoteka Fondu 2017-ci il üzrə maliyyə hesabatlarının auditorunu müəyyənləşdirdi

11:34 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. “Azərbaycan İpoteka Fondu” ASC, keçirilmiş tenderin nəticələrini elan etdi.

Tender komissiyasının xəbərində  deyildiyi kimi, “Baker Tilly Audit Azerbaycan” şirkəti, fondun maliyyə hesabatlarının müstəqil auditinin keçirilməsi üçün daha əvvəl elan edilmiş tenderin qalibi oldu.

13 noyabr tarixində Fond ilə auditor arasında müqavilə imzalanmışdır. Müqavilə 2017-ci il üzrə hesabatların auditinin keçirilməsini nəzərdə tutur.

 

 

Вся лента